"Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istədi

5 İyul 2022 13:20 Gündəm 772
"Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istədi

"Lex" "Rakov"a qarşı keçirəcəkləri Polşa Super Kuboku uğrunda oyunun təxirə salınmasını istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

56 yaşlı mütəxəssis "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşmaq üçün bu addımı atdıqlarını söyləyib.

Niderlandlı baş məşqçi Polşa Futbol İttifaqının bu təklifi rədd etdiyini vurğulayıb.

"Qarabağ" “Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək. "Lex" - "Rakov" görüşü avqustun 9-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti