Əzmkarlıq və son dəqiqə qolu “Sabah”a kubok qazandırdı!

31 May 21:49 Gündəm 1 250
Əzmkarlıq və son dəqiqə qolu “Sabah”a kubok qazandırdı!

Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda "Sabah" sevinən tərəf olub.

Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib.

43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.

57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə "bayquşlar"ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub.

Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.

19:00. "Qarabağ" – "Sabah" 2:3

Qollar: Kadi Borges 45+1, Con İrasabal 67 - avotoqol // Pavol Şafranko 36- pen, Kahim Parris 90+7, Tellur Mütəllimov, 120

Reallaşdırılmayan penalti: Toral Bayramov (“Qarabağ”), 42 - qapıçı, Pavol Şafranko ("Sabah"), 57 - qapıçı

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

"Sabah": 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

Digər Xəbərlər
Xəbər Lenti