“Qarabağ” üçün “cəhənnəm kabusu” – DƏHŞƏTLİ FAKT

16 Sentyabr 2021 14:00 Gündəm 1 448
“Qarabağ” üçün “cəhənnəm kabusu” – DƏHŞƏTLİ FAKT

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə hər nə qədər deməyə adamın dili gəlməsə də, Bakı Olimpiya Stadionunda start verəcək.

Niyə bu komanda ilə ölkənin bir nömrəli arenasının adını yanaşı çəkəndə dil topuq vurur?

Çünki BOS Ağdam təmsilçisinə düşərli deyil.

Haqqında danışdığımız stadion inşa ediləndən sonra “Qarabağ” orda 6 oyun keçirib. Və heç bir halda qələbə qazana bilməyib.

İlk dəfə 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərini BOS-a dəvət etmişdi. “Roma”ya 1:2, “Çelsi”yə 0:4 hesablı yenilgilər və “Ateltiko” ilə qolsuz bərabərlik.

Bir il sonrakı vəziyyət yeni eyni idi. Avroliqanın qrup mərhələsindəki ev oyunları “Koroğlu”dakı arenada keçirilməliydi. Rəqiblər “Sportinq”, “Arsenal” və “Vorskla” olsa da, təmsilçimizin portəgizlərlə ukraynalılara boyun əyməyəcəyi gözlənilirdi.

Lakin bu dəfə də uğursuzluq yaşandı. “Köhlən atlar” BOS-dakı bütün görüşləri uduzdu. “Arsenal”a 0:3, “Vorskla”ya 0:1, “Sportinq”ə 1:6.

Rəqəmlərdən də göründüyü kimi, “Qarabağ” üçün “cəhənnəm kabusu”na çevrilən nəhəng arenada keçirilən 6 oyunda cəmi 1 xal qazanılıb. Top fərqi isə ürək ağrıdır: 2-16.

Ümid edək ki, Qurban Qurbanovun yetirmələri bu gün axşamkı oyunda tilsimi qırıb, Konfrans Liqasının qrup mərhələsinə qələbə ilə başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı