İcraiyyə Komitəsinin iclası hər dəfə buna görə təxirə salınırmış… CİDDİ SƏBƏB!

29 May 17:20 Gündəm 1 032
İcraiyyə Komitəsinin iclası hər dəfə buna görə təxirə salınırmış… CİDDİ SƏBƏB!

AFFA İcraiyyə Komitəsinin (İK) yığıncağı növbəti dəfə ertələnib.

Federasiyadan əldə etdiyimiz məlumata görə, İK-nin indi də iyunun əvvəlində bir araya gəlməsi planlaşdırılır.

Komitənin iclasının hər dəfə ertələnməsinin səbəbi milli ilə bağlıdır. Belə ki, ali qərarverici orqan yığmanın Latviya və Macarıstanla yoxlama görüşlərini gözləyir.

Bu matçlar iyunun 7-10-u aralığında keçiriləcək. Ölkəmizin əsas komandası latviyalılarla ayın 7-də səfərdə, macarlarla 10-da burada üz-üzə gələcək.

Bu qarşılaşmalardan sonra İK həm milli, həm də digər məsələlərlə bağlı qərarlar verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti