Legioner həyatı bitdi, yenidən Premyer Liqada oynayacaq - SON DƏQİQƏ

11 İyul 15:00 Gündəm 2 500
Legioner həyatı bitdi, yenidən Premyer Liqada oynayacaq - SON DƏQİQƏ

Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun legioner həyatı başa çatıb.

O, 2 illik Polşa macərasını yekunlaşdıraraq, vətənə dönüb.

«Neftçi»nin yetirməsi karyerasını Premyer Liqada davam etdirəcək.

29 yaşlı arxa xətt oyunçusu hazırda bir neçə klubla görüşür. «Araz-Naxçıvan», «Turan Tovuz» və «Sabah» onların arasındadır.

Məmmədov 2023/24-cü il mövsümünü «LKS-Lodz»da keçirib. Bu komanda Polşa Ekstraklasasını tərk edəndən sonra o, "Radomyak"ın yolunu tutub.

Di gəl, məşqçilərlə yaşadığı problemlər üzündən bu ilin ilk 5 ayında əsas heyətdəki yerini itirib və yeni müqavilə imzalamayaraq azad agent statusu alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!