Yığmamızın üzvündən İNSANLIQ NÜMUNƏSİ - Xəstələrə qan verdi 

9 Aprel 2020 10:24 Güləş 706
Yığmamızın üzvündən İNSANLIQ NÜMUNƏSİ - Xəstələrə qan verdi 

Sportinfo.az xəbər verir ki, yunan-Roma güləş üzrə Azərbaycan yığmasının üzvü Həsən Əliyev alqışalayiq iş görüb.

O, Talassemiya Mərkəzində xəstəlikdən əziyyət çəkən şəxslər üçün qan verib.

Həsən bu barədə özünün şəxsi "facebook" hesabında məlumat verib: "Məlum xəstəliklə bağlı insanların bayıra çıxmaqlarında məhdudiyyət olduğu üçün #talassemiya xəstələrinə qan köçürmə problemləri yaşanır.

Xüsusən işlə bağlı icazəsi olanlar o xəstələrə kömək etsələr, çox gözəl olar. Mən də bu xəstəlikdən əziyyət çəkənlərə qan verməyi özümə borc bildim.

Ümid edirəm ki, iş icazəsi olmayan, amma sağlıq durumunda problemi olmayan insanlar da sms yazmaqla icazə alıb, ehtiyaclı xəstələrə qan verəcəklər. Onların sizin qanınıza ehtiyacı var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu