2024-cü ilin dünya reytinqi - İki azərbaycanlı lider var ki…

3 Dekabr 2024 03:40 Güləş 1 626
2024-cü ilin dünya reytinqi - İki azərbaycanlı lider var ki…

Dünya Güləş Birliyi (UWW) 2024-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə Azərbaycan güləşçilərinin də mövqeləri bəlli olub.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram) və Ülvi Qənizadə (72 kiloqram) öz çəki dərəcələri üzrə liderdirlər. Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə ikinci pillədə qərarlaşıblar.

Sərbəst güləşçilərdən yalnız Nürəddin Novruzov (61 kiloqram) ilk üçlükdə yer alıb. O, öz çəki dərəcəsi üzrə ikincidir.

Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kiloqram) məxsusdur.

Siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi