Azərbaycan komanda hesabında Avropa çempionu oldu

27 May 2024 04:00 Güləş 1 240
Azərbaycan komanda hesabında Avropa çempionu oldu

Güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi