COP29

Qurban Qurbanov bu gün Avropanı fəth etdi!

22 May 22:40 Güləş 530
Qurban Qurbanov bu gün Avropanı fəth etdi!

Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

O, finalda İslam Əliyevə (AİN) 8:2 hesabı ilə qalib gəlib.

Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalın sahibi olub. O, Aapo Viitaladan (Finlandiya) güclü (11:0) olub.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkini 7:4 hesabı ilə məğlub edib.

Bundan əvvəl komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!