COP29

Hərbçilər arasında dünya çempionatında Azərbaycanı kimlər təmsil edəcək?

24 Noyabr 2023 00:10 Güləş 459
Hərbçilər arasında dünya çempionatında Azərbaycanı kimlər təmsil edəcək?

Noyabrın 27-də “Sərhədçi” İdman Mərkəzində start götürəcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, 7 gün davam edəcək yarışda 26 idmançı qüvvəsini sınayacaq.

Sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), İbrahim Yusubov (92 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ülvi Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Azad Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq), qadın güləşində isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (62 kq) xalça üzərinə çıxacaqlar.

Təşkilat komitəsinin rəhbərliyi yarışda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb.

Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəfəqiyyətlər və uğurlar arzulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"