ŞOK İDDİA! “Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər” - VİDEO+FOTO

12 Aprel 15:40 Güləş 1 231
ŞOK İDDİA! “Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər” - VİDEO+FOTO

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib.

Sportinfo.az xəbər verir ki, bu barədə güləşçi “La Repubblica” qəzetinə açıqlama verib.

İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib:

“Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm.

bakida-uduzmaq-ucun-mene-300-min-dollar-teklif-etdiler

Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi.

Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm”.

Frank Çamisio Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov bununla Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU