Qadın güləşçilərimiz Avropa çempionatından qızıl gətirə bilmədi

18 Mart 2023 00:10 Güləş 452
Qadın güləşçilərimiz Avropa çempionatından qızıl gətirə bilmədi

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb.

Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın qadın güləşçilərinin qitə yarışında 3-cü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) Avropa 3-cüsü olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?