DÇ-da iki final idarə edən azərbaycanlı hakimə təşəkkür - FOTO

20 Dekabr 2021 02:50 Güləş 618
DÇ-da iki final idarə edən  azərbaycanlı hakimə təşəkkür - FOTO

Dünya Güləş Birliyi (UWW) Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevə təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, bu barədə UWW-nin rəsmi səhifəsində məlumat yayılıb.

Beynəlxalq federasiya Tokioda keçirilən Yay Olimpiya Oyunlarında və Norveçin paytaxtı Oslodakı dünya çempionatında uğurlu hakimliyi ilə yadda qalan referiyə minnətdarlıq edib.

Asif Şirəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında idarəçilik edib. O, Osloda keçirilən dünya çempionatında iki final görüşündə hakimlik etməklə də yadda qalıb.

Şirəliyev I-S kateqoriyasına sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda