Dünya üçüncüsü olan millini Bakıda kimlər qarşıladı?

9 Noyabr 2021 01:40 Güləş 611
Dünya üçüncüsü olan millini  Bakıda kimlər qarşıladı?

Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Sportinfo.az xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Alfonso Dominges (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev isə (+92 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM