Bu nə biabırçılıqdır? - Azərbaycan güləşinin kürəyi yerdə...

7 May 2021 22:40 Güləş 10 274
Bu nə biabırçılıqdır? - Azərbaycan güləşinin kürəyi yerdə...

Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandası Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından cəmi üç nəfər idmançı ilə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç biri lisenziya qazana bilməyib.

Beləliklə, yayda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

Bu, Azərbaycan güləşi tarixində ən pis göstəricidir. 1996-cı ildən başlayaraq Azərbaycan ilk dəfə olimpiadada ayrıca komanda kimi iştirak etməyə başlayıb.

Hətta o vaxt belə millimizin tərkib belə məhdud olmayıb.

1996-cı ildə Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.

Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. Haqqın.az yazır ki, onun rəhbərliyi ilə komandamız ardıcıl uğursuzluğa məruz qalıb.

Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Həmin vaxt millinin çalışdırıcısı Firdovsi Umudov olub.

Tokioda isə maksimum 3 mükafat qazana bilərik, bunun üçün də 100 faizlik nəticə olmalıdır. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.

Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti