Yığmamızın üzvü ailə qurdu, 27 yaşında karyerasını bitirdi

7 Aprel 2021 17:20 Güləş 1 097
Yığmamızın üzvü ailə qurdu, 27 yaşında karyerasını bitirdi

Azərbaycanın daha bir güləşçisi karyerasını erkən başa vurub.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının, IV İslam Həmrəyliyi Oyunlarının və II Avropa Oyunlarının mükafatçısı olmuş Elmira Qəmbərova karyerasını bitirib.

Ailə həyatı quran idmançı 27 yaşında güləşi atıb. Onun son yarışı ötən ilin fevralında İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa çempionatı olub.

62 kq çəki dərəcəsində yarışan idmançı sonuncu dəfə ötən ilin martında Belarusun paytaxtı Minskdə təşkil olunmuş qadın millimizin təlim-məşq toplanışında iştirak edib.

Elmira Qəmbərova 2014-cü ildə gənclərin (gümüş), 2015-ci ildə U-23-lərin (bürünc) və 2019-cu ildə böyüklərin Avropa çempionatının (bürünc) mükafatçısıdır.

O həmçinin 2017-ci ildə paytaxtımızda keçirilmiş İslamiadanın bürünc və 2019-cu ildə Belarusun paytaxtı Minskdə baş tutmuş Avropa Oyunlarının gümüş medallarını qazanıb.

Daha əvvəl yunan-Roma güləşçiləri – Həsən Əliyev, Elvin Mürsəlizadə, sərbəst güləşçimiz Cəbrayıl Həsənovun karyerasını bitirdiyi məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti