Azərbaycan çempionu üçün təhlükəsizlik tədbirləri gücləndiriləcək

24 Noyabr 2020 19:20 Futzal 846
Azərbaycan çempionu üçün təhlükəsizlik tədbirləri gücləndiriləcək

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyun öncəsi koronavirusla bağlı təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Sportinfo.az xəbər verir ki, Afinadakı "Daıs Sports Hall"da baş tutacaq matçda sosial məsafənin qorunması üçün arenada 4 giriş zonası fəaliyyət göstərəcək.

Azarkeşsiz oynanılacaq qarşılaşmada meydandakı oyunçulardan başqa, hamının tibbi maska taxması məcburi olacaq.

Nyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi bir oyunla müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda