Azərbaycanda heç kim bunu gözləmirdi…

12 Mart 2020 09:14 Futzal 1 021
Azərbaycanda heç kim bunu gözləmirdi…

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, bütün görüşlər azarkeşsiz keçirilib.

“Red Line”nin rəqibi “Premier” oyuna gəlmədiyinə görə ilk matç baş tutmayıb. Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” fasiləyə qədər 4 cavabsız top vurub. Fasilədən sonra daha 2 top vuran Yüksək Liqa təmsilçisi cavab oyununu bir növ formallığa çevirib.

Gözlənilməz nəticə isə “Araz” – “Baker Tilly” görüşündə qeydə alınıb. Son çempion ardıcıl 2 qol vursa da, rəqibin 4 dəfə Kamranı məğlub etməsinin qarşısını ala bilməyib.

Yeri gəlmişkən, birinci hissənin sonuna yaxın Kamran zədələndiyindən, “Araz” oyunu sona qədər 5 meydan oyunçusu ilə keçirib. Ramiz Çovdarov həm də qapıçı funksiyasını yerinə yetirməli olub. Son dəqiqədə Çovdarov 2 qol vursa da, komandasını məğlubiyyətdən qurtara bilməyib.

Günün son oyununda eyni liqanın təmsilçiləri üz-üzə gəlib. Qarşılıqlı hücumlarla müşayət olan matçda hesabı nominal qonaqlar açsa da, üstünlük cəmi 16 saniyə çəkib.

Nurəli hesaba tarazlıq gətirdikdən sonra bir də hissənin sonuncu dəqiqəsində fərqlənib. İkinci hissənin startında dubl edən Ramazan Abbasov komandasını hesabda önə keçirib.

Marafon – Atletiko Baku (4:0) 6:0

Hakimlər: Nahid Xasıyev, Ziya Nəsirov, Hacıəli Ağayev

Qollar: Farid Mazaherichorası, 01:02, 36:18, Shahab Shahnazian, 03:35, Majid Khazaei, 08:50, Elşən İbrahimxəlilov, 14:46, 24:27

Sarı vərəqələr: Tofik Mikayılov, 19:44 // Vasif İsmayılov, 19:44, Sumray Kazımov, 20:42

Araz – Baker Tilly (2:4) 6:7

Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Mahir Məmmədov

Qollar: Sunay Həsənov, 08:33, Qurban Qurbanov, 09:44, 21:52, 31:51, Ramiz Çovdarov, 37:41, 38:10 // Yadulla Əmirəliyev, 09:56, Emil Məmmədov, 11:47, 12:13, 32:30, Rüstəm Bagirzadə, 18:06, 29:20, Turxan Quliyev, 27:45

Advokat – Star kargo-2 (2:1) 3:5

Hakimlər: Ramil Namazov, Ceyhun Hüseynov, Elmir Quluzadə

Qollar: Nurəli Əsədov, 17:33, 19:44, Ceyhun Əhmədov, 27:25 // Adəm Agabaliyev, 17:17, 32:19, Ramazan Abbasov, 20:21, 21:30, Turan Babayev, 27:05

Sarı vərəqə: Ramal Hüseynov, 15:52

Kubokun iki oyunu martın 12-də “Olimpik Star”da keçiriləcək. Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

Saat 19:45 EKOL – Standard

Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov

Saat 21:15 Hövsan – Yurd MFK

Hakimlər: Mehman Mahmudov, Elvin Ağayev, Vüsal Balaşov

Digər Xəbərlər
Xəbər Lenti