Rus kapitan Azərbaycan yığması haqda nə dedi?

8 Noyabr 2019 11:05 Futzal 845
Rus kapitan Azərbaycan yığması haqda nə dedi?

“Təəssüf ki, elit-raundun oyunları Yekaterinburqa verilmədi. İndi dünya çempionatına birbaşa vəsiqəni Xorvatiyada qazanmağa çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Rusiya millisinin kapitanı Sergey Abramov deyib. O, 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun püşkatmasına münasibət bildirib.

Abramov Azərbaycan, Xorvatiya və Slovakiya ilə rəqib olduqları qrupu dəyərləndirib: “Şübhə etmirəm ki, komandamız həlledici oyunlara əla formada çıxacaq və Xorvatiyada bizi rusiyalı azarkeşlər də dəstəkləyəcək.

Azərbaycan, Xorvatiya və Slovakiya yığmaları ilə bu yaxınlarda da oynamışıq. Hər üç komanda yaxşı təlim keçmiş, təslim olmayan rəqiblərdir. Onlar asan keçiləsi komanda deyil.

Başa düşürük ki, bizə qarşı xüsusi köklənmə olacaq. Elit-raundda zəif komanda ola bilməz. Biz də öz oyunumuza əsaslanıb yekunda uğurlu nəticə qazanacağımıza inanırıq”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!