Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi

26 Aprel 2018 12:00 Futzal 814
Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarından sonra mübarizəni davam etdirəcəyi dəqiqləşən 8 komanda 4 cütlük təşkil edib.

Bunların birində iki Yüksək Liqa komandası – “Marafon Futsal” və “FK. İtaldizain” üz-üzə gələcək. Elita klublarından ikisinə - “Araz” və EKOL-a aşağı dəstə təmsilçisinə gücünü göstərmək lazım gələcək.

Bir cütdə isə aşağı liqa təmsilçilərinin dueli baş tutacaq. “Hell Energy” və ADBTİA yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

“Araz” - “Yasamal-2”
“Marafon Futsal” - “FK. İtaldizain Futsal”
VİP FK – EKOL
“Hell Energy” - ADBTİA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti