“Neftçi” cari mövsümdə ilk dəfə "Yasamal" uşaqlarına…

21 Aprel 2018 17:36 Futzal 796
“Neftçi” cari mövsümdə ilk dəfə "Yasamal" uşaqlarına…

Bu gün futzal üzrə Yüksək Liqada 15-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” ötən həftə məğlub etdiyi “Yasamal”la üz-üzə gəlib.

Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Nəticədə, “Yasamal” cari mövsümdə ilk dəfə “Neftçi” ilə dueldən xalla ayrıldı. Əvvəlki 3 oyunda “Neftçi” qələbə qazanmışdı: 4:1, 6:2, 6:2.

“Neftçi” İK – “Yasamal” FK 3:3
Qollar: T.İsmayılov, 5:05. R.Balakişiyev, 11:55. V.Xocayev, 39:34 - M. Cahandost, 8:27, 29:08. S.Cavid, 13:36.
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 15:00.

“Neftçi” İK: 1. Samir Mehtiyev (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 6. Məhəmməd Katebi, 23. Elnur Zamanov (q), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 8. Vahib Xocayev.
Baş məşqçi: İlqar Aslanov.
“Yasamal” FK: 1. Mohammed Roştani (q), 9. Vladislav Vorobyov, 4. Məhəmməd Şahsavari, 47. Rəsul Akbari, 12. Sadiq Cavid, 10. Mortoza Cahandost, 8. Hassan Mirzeyi (k), 14. Omid Mohammednejat.
Rəhbər: Orxan Allahverdiyev.

Turnir cədvəli: Araz – 59, Marafon Futsal – 43, EKOL – 35, Neftçi İK – 29, İtaldizain Futsal – 23, Yasamal – 16, Xəmsə - 2.

Bombardir: Bolinya (“Araz”) – 30 qol.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti