Azərbaycan kubokunda 14 komanda mübarizə aparacaq

20 Aprel 2018 18:36 Futzal 895
Azərbaycan kubokunda 14 komanda mübarizə aparacaq

Aprelin 21-də futzal üzrə Azərbaycan kubokunun 2017/18-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qalib adı uğrunda 6-sı Yüksək Liqa təmsilçisi olmaqla ümumilikdə 14 komanda yarışacaq. Hazırda Yüksək Liqada ilk iki pillədə qərarlaşan “Araz” və “Marafon Futsal” komandaları 1/8 final mərhələsinə qatılmayacaq.

Digər 12 komanda arasında “kor püşk” atılacaq. 1/8 finalda isə EKOL, “Neftçi” İK, “İtaldizain Futsal”, “Yasamal” FK, “Hell Energy”, “Green-Log”, ADBTİA, “Standard”, “Yasamal-2”, “Gilan”, VİP FK, “Avanqard” mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti