"Federasiya istəsəydi, komandamız yaşayardı" - VİDEO

4 Aprel 2018 20:36 Futzal 1 289
"Federasiya istəsəydi, komandamız yaşayardı" - VİDEO

Azərbaycan Futzal Federasiyası "feysbuk" səhifəsi vasitəsilə bir neçə gün öncə məlumat yaydı.

Bildirildi ki, Yüksək Liqada keçirilən 22-ci turun “Araz” – EKOL oyunu nominal meydan sahibləri üçün əlamətdar olub.

Belə ki, mövsümdə 18-ci qələbəsini qazanan və aktivindəki xalların sayını 55-ə yüksəldən “Araz” 13-cü dəfə ölkə çempionu adını qazanıb. Komanda ilk belə uğurunu 13 il əvvəl əldə edib.


Çempionluğun bayram edildiyi mövsümlər bunlardı: 2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2013/14, 2015/16, 2016/17.

Hazırda Kanadada fəaliyyətini davam etdirən «Khazar Islands»ın keçmiş baş məşqçisi Elnur Qəmbərov bununla bağlı Sportinfo.az-a açıqlama verib.

O, federasiyanın yaydığı məlumatda çalışdırdığı komandanın adının qeyd olunmamasından narazı qalıb:

«2014/15-ci il mövsümündə sona 3 ay qalmış komandalar bizi təbrik edirdilər ki, çempionsuz. «Araz»a 8, «Neftçi»yə 10, EKOL-a 1 hissədən sonra 7 top vuran bəs hansı komanda olub? Onu federasiyadan soruşun, zəhmət olmasa.

Bu qədər insanın haqqını yeməsinlər. Ola bilər, riyaziyyatı bilmirlər, 1 sezon aradan gedib. Ola bilər, səhv yazıblar, yaddan çıxıb.

Bizim komanda məlum səbəblərdən dağıldı. Amma istəsəydilər, yaşadardılar komandanı. Bu, qərəz də ola bilər. Kiminsə haqqına girmək istəmirəm. Sadəcə, adamın əziyyətini heç edəndə xoş gəlmir.

Xahiş edirəm, onlardan öyrənin, bəlkə səhvlərini düzəltdilər. Biz yeganə komanda idik ki, həm birinci dəstədə, həm də yüksək liqada ardıcıl çempion olmuşuq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti