Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan yığması yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız Azərbaycan Texniki Universitetin idman zalında EKOL-la üz-üzə gəlib.
5:4 hesabı ilə qalib gələn yığmamızın heyətində Nihad İsmayılov dubl edib. Digər qolları Kənan Manafov, Ramiz Çovdarov və Emin Abbasov vurub.

