“Neftçi”nin "Yasamaı" oyunu FİFA referilərinə tapşırıldı

29 Mart 2018 16:12 Futzal 653
“Neftçi”nin "Yasamaı" oyunu FİFA referilərinə tapşırıldı

Sabah Yüksək Liqada 22-ci turun daha bir oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal” və “Neftçi” üz-üzə gələcək.

Oyunu FİFA referiləri idarə edəcək. B komandalar cari mövsümdə iki dəfə qarşılaşıblar.

Birinci dövrədəki oyunda rəqibindən 4:1 hesabı ilə üstün olan “Neftçi” ikinci dueldə 6:2 hesabı ilə qalib gəlib. Üçüncü dövrədəki oyun isə təxirə salınıb.

“Yasamal” FK – “Neftçi” İK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Əli Məmmədov
Bakı İdman Sarayı. Saat 16:00.

Turnir cədvəli: Araz – 55, Marafon Futsal – 37, EKOL – 32, FK.İD.Futsal – 22, Neftçi İK – 19, Yasamal – 12, Xəmsə - 2.

Bombardir: Bolinya (“Araz”) – 30 qol.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti