Azərbaycan çempionatının bombardiri fərqi 10 topa çatdırdı

29 Mart 2018 15:24 Futzal 618
Azərbaycan çempionatının bombardiri fərqi 10 topa çatdırdı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 22-ci tur çərçivəsində keçirilən “Araz” – EKOL oyunu birincilərin çempionluğu təmin etməsi ilə bərabər, bombardirlər yarışına başçılıq edən Bolinya üçün də yaddaqalan olub.

Sportinfo.az xəbər verir ki, oyunda het-trik edən millimizin forvardı aktivindəki qolların sayını 30-a çatdırıb.

Bolinya hazırda ən yaxın izləyicilərini – Renat Sultanovla Mortoza Cahandostu 10 top qabaqlayır. Ancaq “Yasamal” “Araz”dan 2, “Marafon Futsal” isə 1 oyun az keçirib.

Telez Thiaqo Bolinya (“Araz”) – 30

Renat Sultanov (“Marafon Futsal”) – 20

Mortoza Cahandost (“Yasamal”) – 20

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti