“Neftçi”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə anlaşdı

17 Mart 2018 15:36 Futzal 1 053
“Neftçi”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə anlaşdı

Futzal üzrə Qazaxıstan millisinin və “Kayrat”ın baş məşqçisi vəzifəsində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatını 4-cü pillədə başa vuran millinin nəticələri məqbul sayılmadığına görə federasiya rəhbərliyi Kakaunun xismətinə ehtiyac duymayıb və yeni mütəxəssis dəvət edib.

Komandanı yenə braziliyalı məşqçi çalışdıracaq. Söhbət son illərdə Rusiyada “Qazprom-Yuqra”nın baş məşqçisi kimi çalışan, Rusiya çempionatının qalibi olan və UEFA kubokunu qazanan Kakadan gedir.

O, “Qazprom-Yuqra”nın təklifinə “yox” deyib və Qazaxıstandan gələn yeni dəvəti müsbət dəyərləndirib.

Vaxtilə millimizin də formasını geyən Kaka məşqçi kimi ilk addımlarını “Neftçi”nin sükanı arxasında atıb.

Digər Xəbərlər
Xəbər Lenti