Futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları martın 12-də keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq “Yasamal” FK – “FK.İD.Futsal” oyunu CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Artıq növbəti turun oyunlarına hakim təyinatları da açıqlanıb. Bütün təyinatları diqqətinizə çatdırırıq:
“Xəmsə” - EKOL
Hakimlər: Elçin Səmədli, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Nazim Qaracayev
Bakı İdman Sarayı. Saat 12:30
“Yasamal” FK – “FK.İD.Futsal” (CBC Sport, canlı)
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektorlar: Ələkbər Məmmədov
Bakı İdman Sarayı. Saat 14:30
“Araz” – “Neftçi”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektorlar: Ağarza Rzayev
Bakı İdman Sarayı. Saat 16:00

