Futzal üzrə DÇ-2028-in püşkatmasına əsasən, Azərbaycan yığması 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.
Sportinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç 12-ci qrupu dəyərləndirib:
“Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur.
Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. A
vropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər.
Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir. Ancaq nəticə qazanmaq mümkündür.
Bizim də yaxşı komandamız var. Sadəcə, düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq.
Ümumiyyətlə, pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır

