“Sürpriz variantım var, son qərarı verməmişəm”

10 İyun 23:40 Futzal 781
“Sürpriz variantım var, son qərarı verməmişəm”

“Hələ ki, dəqiq qərar verməmişəm”

Bu sözləri Sportinfo.az-a açıqlamasına futzal üzrə.Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli deyib.

Bugünlərdə “Araz-Naxçıvan”dan ayrılan kiper bundan sonrakı planlarını konkretləşdirmədiyini söyləyib:

“Açığı, bir neçə variant var deyə, düşünürəm, götür-qoy edirəm. Yenidən legioner həyatı yaşamaq ehtimalı var.

Azərbaycanda qalıb, karyeramı davam edə bilərəm. Fərqli və sürpriz variant var.

Mümkündür ki, futzaldan kənar sahədə olum. Hazırda danışıqlar və müzakirələr davam edir.

Son qərarı verməmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!