“Bizi yaxşı təhlil etmişdilər, müəyyən çətinliklərlə üzləşdik”

09:20 Futzal 105
“Bizi yaxşı təhlil etmişdilər, müəyyən çətinliklərlə üzləşdik”

Azərbaycan minifutbol millisinin üzvü Taleh Babayev Bratislavada keçirilən Avropa çempionatında qazanılan qələbəni Azərbaycan xalqına həsr etdiklərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında turnirə ciddi hazırlaşdıqlarını, rəqiblərin də Azərbaycan yığmasını ətraflı təhlil etdiklərini deyib.

"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı təhlil etmişdilər. Buna görə də müəyyən çətinliklərlə üzləşdik", – T.Babayev qeyd edib.

Millinin üzvü vurğulayıb ki, ilk dəfə Avropa çempionu olduqdan sonra komandanın üzərinə daha böyük məsuliyyət düşüb:

"Buna görə də növbəti oyunlara daha yaxşı hazırlaşdıq. Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".

Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi