"Çox şükür, istədiyimizi etdik, çempion olduq"

01:10 Futzal 83
"Çox şükür, istədiyimizi etdik, çempion olduq"

“Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. İkinci dəfədir qitə çempionu oluruq”.

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov deyib.

O, turnirin gözləniləndən ağır keçdiyini bildirib:

“Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. İkinci dəfədir qitə çempionu oluruq. Əslində çempionatın bu dərəcə ağır keçəcəyini düşünmürdük.

Hazırlaşmışdıq, özümüzü çox yaxşı hiss edirdik. Finala qədər ağır oyunlar keçirdik.

Çox şükür, istədiyimizi etdik, çempion olduq. Xalqımızı, futbol azarkeşlərini bir daha təbrik edirəm”.

Bağırov qarşıdakı hədəflərdən də danışıb. O, klub səviyyəsində Çempionlar Liqasına hazırlaşacağını qeyd edib:

“Klub olaraq Çempionlar Liqasına hazırlaşmalıyıq. “Zirə” ilə ÇL-də iştirak edəcəm. Ondan 4-5 ay sonra isə dünya çempionatı başlayacaq”.

Azərbaycan millisi növbəti dəfə minifutbol üzrə Avropa çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi
7 İyun 01:00 Bəhreynə qalib gəldik