"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki..."

02:50 Futzal 101
"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki..."

Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev komandanın Avropa çempionatına çempionluq məqsədi ilə yollandığını və qarşıya qoyulan hədəfə nail olduqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında federasiya tərəfindən yığma üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki, qələbə qazanacağıq. Federasiya tərəfindən lazım olan bütün şərait bizim üçün yaradılmışdı", – V.İsayev qeyd edib.

Millinin üzvü yarımfinaldakı rəqib Serbiyanın Azərbaycan yığmasını yaxşı təhlil etdiyini vurğulayıb:

"Rəqib komanda olan Serbiya bizi çox güclü təhlil etmişdi. Oyun çətin keçsə də, rəqibi penaltilər seriyasında üstələdik. Finalda isə Ukraynanı məğlub edərək çempionluğu əldə etdik".

Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...