Sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar etdilər

6 İyun 08:50 Futzal 868
Sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar etdilər

Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.

Sportinfo.az xəbər verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.

Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisinin üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.

Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!