Azərbaycan komandasını finala aparan oğlanlar - VİDEO

4 İyun 11:20 Futzal 477
Azərbaycan komandasını finala aparan oğlanlar - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

“Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!