İcraçı vitse-prezident Baş Assambleyada iştirak etdi - FOTOLAR

3 İyun 02:50 Futzal 309
İcraçı vitse-prezident Baş Assambleyada iştirak etdi - FOTOLAR

Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.

Sportinfo.az AMF-yə istinadən xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak ediblər.

Onlar minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR