Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb.
Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.
Azərbaycan yığması ilk turda Avstriyanı üstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Beləliklə, Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib.
Yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

