Azərbaycan çempionu iki əcnəbiyə yeni müqavilə təklif etmədi

02:40 Futzal 78
Azərbaycan çempionu iki əcnəbiyə yeni müqavilə təklif etmədi

"Araz-Naxçıvan" futzal klubunun hədəfi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, heyətdən gedən oyunçuların adlarını açıqlayıb:

"Jan Karlosla Elan Delonun müqaviləsinin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb. Özlərinə də bu barədə məlumat verilib.

Digər oyunçularla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılacaq və bundan sonra yekun qərar veriləcək. Yeni oyunçuların keçidi üçün isə hələ tezdir.

Avropanın digər ölkələrində çempionatlar davam edir. Heyətə qatılması nəzərdə tutulan futzalçılarla yaxın müddətdə təmas qurulacaq".

Klub rəsmisi komandanın hədəflərini diqqətə çatdırıb:

"Ağır mövsüm oldu və müəyyən boşluqlar yarandı. Bütün bunlara baxmayaraq, əsas hədəf olan çempionluq son oyunda qazanıldı.

"Araz-Naxçıvan"ın məqsədi hər zamankı kimi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir".

"Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycan çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti