“Rejimə riayət edirəm, idman formamı qorumağa çalışıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında futzal üzrə “Araz-Naxçıvan” klubunun və millinin qapıçısı Emin Kürdov deyib.
O, 41 yaşında növbəti çempionluğu bayram etdi. Görəsən, kiper karyerasının bundan sonrakı dönəmini yenə “çərçivə”də təsəvvür edir?
Səbəbkarı dinləyək:
“Qarşıda milli komandanın dünya çempionatı çərçvəsində seçmə mərhələ oyunları olacaq. Açığı, yığmanın hazırkı durumuna görə məndə xoş gələcəyə ümid yaranıb.
İllərdir yığdığım təcrübəni milli komandada bölüşmək istəyirəm. Bu gün karyeramı başa vurmaq barədə düşünmürəm”.

