"Neftçi" Azərbaycan kubokunu 5 qolla qazandı

21 May 23:20 Futzal 100
"Neftçi" Azərbaycan kubokunu 5 qolla qazandı

Bu gün futzal üzrə Azərbaycan kubokunda final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayıb.

Qarşılaşma "ağ-qaralar"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə 30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırıb.

"Araz-Naxçıvan" – "Neftçi" 3:5

Qollar: Ülvi Əliyev, 3:59, Jean Peruzzo, 8:49, Jean Karlos, 24:20 // Markus Vinicius, 12:04, 12:30, 17:29, 34:55-pen; Qustavo Rodrigues, 37:29

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev

Bakı İdman Sarayı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti