Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, lder “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Qarşılaşmadan 5:2 hesabı ilə qalib ayrılan “Araz-Naxçıvan” 20-ci dəfə Azərbaycan çempionu olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Maiolliyə ("Neftçi" İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub.
Daha sonra meydana mükafatçı komandalar dəvət olunub. “Baku Fire”ə bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.
"Neftçi" İK – "Araz-Naxçıvan" 2:5
Qollar: Markus Vinicius, 6:26, Jean Peruzzo, 17:28 (ö/q) // Luiggi Longo, 18:29, 37:21, Teixeira Barbosa, 22:26, Alleks Rezende, 27:43, Peruzzo, 32:41
Qırmızı vərəqə: Lukas Ramos, 37:56 ("Neftçi" İK, ikinci sarı)

