Millimizin sabiq oyunçusundan SƏMİMİ ETİRAF: “Futbol bizlik deyil, qanımızda yoxdur”

17 May 23:45 Futzal 155
Millimizin sabiq oyunçusundan SƏMİMİ ETİRAF: “Futbol bizlik deyil, qanımızda yoxdur”

“Futbol bizlik deyil, qanımızda yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında futzal üzrə Azərbaycan yığmasının veteran oyunçusu Ağatahir Əzimov deyib.

Son illər məşqçi statusu daşıyan ötənlərin tanınmış hücumçusu bildirib ki, maliyyə dayaqları yaxşı olsa, keyfiyyətli futzalçılar yetişər:

”Azərbaycanlılar futzalı oynaya bilir. Bu, əvvəldən belə olub. Çünki avropalılar, afrikalılar kimi fiziki hazırlıqla öyünə bilmirik.

“Nyukasl”la “Qarabağ”ın oyununda 2 metrlik futbolçular var idi. Heç nə edə bilmirdik onlara qarşı.

Çünki tapdayıb keçirdilər. Bizdə də fiziki güc o dərəcədə deyil. Ancaq futzalda texniki bacarıqlar ön plandadır, əsas baş işlətməkdir.

Bu gün 4 nəfərlik azərbaycanlı heyəti ilə futzalda uğur qazana bilərik. Günü sabah futzalda uşaq məktəbi yaradılsa, uzağı, 5 ilə Avropa standartlarına cavab verən uşaqlar yetişər.

Sponsorlar yoxdur, heç olmasa, qurumlar tərəfindən dəstək olsun. Futbolda bütün liqalara dövlət tərəfindən maliyyə ayrılır, inkişafa kömək edilir.

Sabah AFFA-dan hansısa futzal komandasına 5 manat ayrılsa, 5 manat da sponsor yardım edər, normal çempionat keçirilər, uşaqlar inkişaf edər.

Çempionatı zəif olan ölkədən nəsə gözləməyin mənası yoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR