Azərbaycanda 32-ci çempion hansı komanda olacaq?

08:50 Futzal 111
Azərbaycanda 32-ci çempion hansı komanda olacaq?

Sportinfo.az xəbər verir ki, mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına yekun vurulacaq.

Bəs bu dəfə çempionluq kubokunu hansı komanda başı üzərinə qaldıracaq?

“Neftçi” İK ilk sevincini, yoxsa “Araz-Naxçıvan” sayca 20-ci çempionluğunu qeyd edəcək?

1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020-2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.

Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb.

Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub.

“Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

Mövsüm I yer II yer III yer
1993 Nicat (Bakı) Avtomobilçi (Bakı) İnşaatçı (Sabirabad)
1994/95 Azadə Avtomobilçi Neftçi
1995/96 Avtomobilçi Neftçi Azərneftyanacaq
1996/97 Avtomobilçi Neftçi Azərneftyanacaq
1997/98 Avtomobilçi Nabspor Avanqard
1998/99 Azərneftyanacaq Avtomobilçi Nabspor
1999/00 Azərneftyanacaq Turan AİR Anqlo Oil
2000/01 Turan AİR Azərneftyanacaq Anqlo Oil
2001/02 Turan AİR Tribut Viləş
2002/03 Tribut Gömrükçü Turan AİR
2003/04 Turan AİR Qafqaz Universiteti Gömrükçü
2004/05 Araz-Naxçıvan Refarma Asfarma
2005/06 Araz-Naxçıvan Azfen Asfarma
2006/07 Araz-Naxçıvan Miri-Qrand STAR GSM
2007/08 Araz-Naxçıvan Qarabağ veteranları Sumqayıt
2008/09 Araz-Naxçıvan Neftçi İSM Azmetko
2009/10 Araz-Naxçıvan Neftçi İSM EKOL
2010/11 Araz-Naxçıvan Neftçi İSM EKOL
2011/12 Araz-Naxçıvan Neftçi İSM EKOL
2012/13 Araz-Naxçıvan EKOL Neftçi İSM
2013/14 Araz-Naxçıvan Neftçi İSM Fener
2014/15 Khazar İslands Fener Araz-Naxçıvan
2015/16 Araz-Naxçıvan EKOL Neftçi İK
2016/17 Araz-Naxçıvan Neftçi İK EKOL
2017/18 Araz-Naxçıvan Marafon Futsal EKOL
2018/19 Araz-Naxçıvan Xəzər Cənub EKOL
2019/20 Araz-Naxçıvan Marafon Futsal EKOL
2020/21 Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib.
2021/22 Araz-Naxçıvan EKOL Neftçi İK
2022/23 Araz-Naxçıvan Neftçi İK Baku Fire
2023/24 Araz-Naxçıvan Baku Fire Neftçi İK
2024/25 Araz-Naxçıvan Baku Fire Neftçi İK
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti