Fəaliyyətini dayandıran klubun rəhbəri - Söz verdilər, pul vermədilər

10 May 22:30 Futzal 178
Fəaliyyətini dayandıran klubun rəhbəri - Söz verdilər, pul vermədilər

Minifutbol çempionatında mübarizə aparmış "Sumqayıt" fəaliyyətini dayandırıb.

Klub Avropa Liqasına vəsiqə qazansa da, sponsor dəstəyinin olmaması səbəbindən turnirdə iştirakdan imtina etməli olub.

Sportinfo.az-a açıqlama verən "Sumqayıt"MFK-nun rəhbəri Nicat Ələsgərov bildirib ki, komanda illərboyu yalnız öz maliyyə imkanları hesabına fəaliyyət göstərib:

“Əvvəlki iki mövsümdə “Palıd Travel”, son mövsümdə isə “Azərfloat” komandaya dəstək göstərib və bunun nəticələri meydanda öz əksini tapıb. Buna görə hər iki şirkətə təşəkkürümüzü bildiririk.

Klubu yaşatmaq üçün Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlara müraciət olunsa da, ilkin müsbət münasibətə baxmayaraq, sonradan heç bir real dəstək göstərilmədi.

Nəticədə fəaliyyəti dayandırmaq qərarı aldıq. Səkkiz illik fəaliyyəti ərzində “Sumqayıt“ minifutbola futbolçular qazandırıb, şəhəri layiqincə təmsil edib və ölkənin güclü klublarından birinə çevrilib.

Bütün futbolçulara, məşqçi heyətinə və əməkdaşlara göstərdikləri zəhmətə görə sonsuz təşəkkür edirik. Bu ailə heç vaxt unudulmayacaq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu