Azərbaycan Futzal Federasiyası (AFF) növbəti mövsümdən etibarən Yüksək Liqanın səviyyəsini qaldırmağı planlaşdırır.
Bu barədə qurumun mətbuat xidmətindən saytımıza bildirilib.
Verilən məlumata görə, AFF rəhbərliyi çempionatın iştirakçı sayının artırılması, həmçinin klublara maliyyə dəstəyinin verilməsi kimi məsələləri nəzərdən keçirir.
Bununla bağlı təkliflər paketinin hazırlanması və AFFA ilə məsləhətləşmələrin aparılması gündəmdədir.
Məqsəd yarışı rəqabətədavamlı hala gətirmək, rentabelliyi təmin etməkdir. Çünki son illərin təcrübəsi bu sahədə bir çox problemləri önə çxıarıb.
Məsələn, «Lənkəran» mövsmümün sonunu gözləmədən çıxışını dayandırıbsa, «Şuşa» güc-bəla ilə ayaqda qalıb.
Altı komandanın iştirakıyla start götürmüş liqaya hazırda «Neftçi»İK başçılıq edir. «Araz-Naxçıvan» ikinci, «Baku Fire» üçüncü yerdədir.
SPORTİNFO.AZ

