Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 19-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk matçda lider “Neftçi” mükafatlar uğrunda mübarizə aparan “Baku Fire” ilə qarşılaşıb.
“Ağ-qaralar” rəqibinə 5:1 hesabı ilə qlaib gəlib.
Günün ikinci oyununda “Araz-Naxçıvan” gənclər yığması ilə qarşılaşıb. Nominal meydan sahibləri böyük hesablı qələbə qazanıb.
Bu tur 3 xalı meydana çıxmadan “Şuşa” aktivinə yazdırıb.
"Baku Fire" - "Neftçi" İK 1:5
Qollar: Məhəmməd Abbasov, 37:03 // Lukas Ramos, 2:59, 14:11, Allef Maiolli, 6:39, 13:41, Markus Vinicius, 19:03
Olimpik Star
Araz-Naxçıvan - U-19 - 12:2
Qollar: Alleks, 2:22, 18:38, Teixeira Barbos, 3:00, 11:25, 12:48, Filipe De Lima, 11:00, Amirhossein Rasuli, 15:39, 29:25, Turan Azayev, 16:12 ö.q, Ülvi Əliyev, 21:53, Mirzə Əmirov, 32:58, Giovanny, 35:36 // İsmayıl Əhmədov, 22:10, Fərid Kərimli, 23:45
Olimpik Star

Bombardirlər:
Allef Maiolli ("Neftçi" İK) - 37 qol
İaqo Henrique ("Neftçi" İK) - 26 qol
Sadegh Javiditavar ("Şuşa") - 23 qol
Ədalət Ələkbərov ("Araz-Naxçıvan") - 23 qol

