Növbəti ölkə çempionatında daha çox komanda iştirak edəcək?

02:40 Futzal 75
Növbəti ölkə çempionatında daha çox komanda iştirak edəcək?

Ötən mövsümlə müqayisədə bu il yerli çempionatda daha çox komandanın mübarizə aparması müsbət hal kimi dəyərləndirilir.

Sportinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov səsləndirib.

O bildirib ki, çempionatda bəzi oyunların böyükhesablı nəticələrlə başa çatması mənfi məqam kimi diqqət çəkib: “

Belə hallar müəyyən komandaların çempionat və ümumi rəqabət səviyyəsinə tam hazır olmadığını göstərirdi”.

Baş katib “Sumqayıt”ın çıxışını mövsümün sürprizi adlandırıb. Onun sözlərinə görə, komanda tarixində ilk dəfə pley-off mərhələsinə yüksələrək yarımfinala qədər irəliləyib.

Yeniliklərə gəlincə, o, bildirib ki, bu barədə qərarlar federasiyasının mövsümöncəsi keçirilən iclaslarında müzakirə olunur:

“Çempionatın formatı və yeni qoşulmaq istəyən komandalar dəyərləndirilir. Məqsədimiz rəqabətədavamlı kollektivlərin sayını artırmaqdır.

Bu mövsüm Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin komandası debüt edərək, pley-offa yüksəldi və layiqli mübarizə apardı.

Növbəti daha iddialı heyət quracaqları gözlənilir. İstərdik ki, digər komandalar da onlardan örnək götürsünlər.

Həmçinin “Galaxy” komandası da xüsusi qeyd olunmalıdır. Onlar ilk mövsümdən çempionatın daimi iştirakçısıdır və ötən il yarımfinala vəsiqə qazanıblar. Bu uğurun növbəti mövsümdə də davam edəcəyinə inanırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"