“Çətin də olsa, ümumiyyətlə, oynamamaqdansa, bu, daha yaxşıdır”

7 Aprel 23:20 Futzal 54
“Çətin də olsa, ümumiyyətlə, oynamamaqdansa, bu, daha yaxşıdır”

Aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Sportinfo.az xəbər verir ki, komanda dünən də günü 2 məşqlə yekunlaşdırıb. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılar sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Bakıdakı hazırlıqla bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb

: “Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər.

Bu komanda son illər ciddi inkişaf mərhələsindən keçir. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb.

Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir.

Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə qarşılaşmalar bizim üçün həm təcrübə qazanmaq, həm də payızda keçirəcəyimiz rəsm görüşlərə daha yaxşı hazırlaşmaq baxımından çox əhəmiyyətlidir”.

O, bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

“FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı belə formalaşdı.

Çətin də olsa, ümumiyyətlə oynamamaqdansa, meydanda olmaq daha yaxşıdır. Bir daha qeyd edirəm, komandanın inkişafını və verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün, çətinliyə baxmayaraq mübarizə aparmalıyıq.

Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti