Orxan Məmmədov sevincini bölüşdü: “Bu komandanın ürəyi var!”

09:40 Futzal 534
Orxan Məmmədov sevincini bölüşdü: “Bu komandanın ürəyi var!”

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

"Tipos Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandamızın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız adını finala yazdırıb.

Millimiz finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu hadisəyə isti münasibət göstərib.

Uğurlu funksioner «X» sosial şəbəkə hesabında bu qeydləri edib:

«Bu komandanın ürəyi var! Gərgin və əsl döyüş olan oyunda millimiz soyuqqanlıqla penaltilərdə qalib oldu və finala yüksəldi.

Futbolçularımız təkcə ustalıqlarını deyil, xarakterlərini, iradələrini və ruhumuzu göstərdilər. Çempionluğa bir addım qalıb. F

inalda rəqib Ukraynadır. Son addım.

İnanırıq ki öz uşaqlarımız kuboku yenidən Azərbaycana gətirəcək».

SPORTİNFO.AZ

Orxan Məmmədov sevincini bölüşdü:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti