“Zirə” 4:1-lə Azərbaycan çempionu oldu! - FOTOLAR

01:20 Futzal 98
“Zirə” 4:1-lə Azərbaycan çempionu oldu! - FOTOLAR

Minifutbol üzrə ölkə çempionatının 2025/2026 cı illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yeddi aya yaxın davam edən yarışın final matçında “Zirə” və “Birbaşa Bakı” görüşüb.

Qarşılaşma “Zirə”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə “qartallar” tarixində ilk dəfə ölkə çempionu adına layiq görülüb.

Final görüşündən sonra çempionatın qalib və mükafatçıları təltif olunub.

“Zirə”nin üzvləri Ağaseyid Qasımov mövsümün ən yaxşı qapıçısı, Rəvan Kərimov ən yaxşı futbolçusu seçilib. Mövsümün ən məhsuldar oyunçusu isə “Aznur”un üzvü Əsgər Alişanov olub.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti